BAKI, 22 dekabr. TELEQRAF

Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini uzadır.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında qeyd edib.

"Rusiya danışıqlar prosesinə ciddi yanaşmır. Resurslarını Rusiya-Ukrayna münaqişəsinin genişlənməsinə yönəldir. Biz buna olduqca məntiqli şəkildə - öz hərəkətlərimizlə cavab verəcəyik" - deyə, Zelenski bildirib.

Qeyd edək ki, 20 və 21 dekabr tarixlərində Mayamidə Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya-Amerika danışıqları keçirilib.