BAKI, 23 dekabr. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu Tehranın son hərbi təlimlərini diqqətlə izlədiklərini və mümkün təhlükələrə sərt reaksiya veriləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Benyamin Netanyahu Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis və Kipr Respublikasının Prezidenti Nikos Xristodulidis ilə Qüdsdə keçirilən üçtərəfli görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında açıqlama verib.

Netanyahu deyib ki, İranın son vaxtlar keçirdiyi hərbi təlimlər İsrail tərəfindən yaxından izlənilir və müvafiq qiymətləndirmə aparılır.

“İrana açıq şəkildə çatdırmaq istəyirəm ki, İsrailə qarşı atılacaq istənilən addım çox sərt cavabla üzləşəcək”, - o vurğulayıb.