BAKI, 23 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petronu ölkədə narkotik istehsalçılarına göz yummaqda ittiham edib və ölkə rəhbərliyini narkokartellərlə mübarizəni gücləndirməyə çağırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.
“O, diqqətli olmalıdır, çünki Kolumbiyada narkolaboratoriyalar var, orada kokain istehsal edirlər. O, ABŞ-nin dostu deyil, çox pis bir adamdır. Qoy öz dərisini qorusun, çünki o, kokain istehsal edir və onu Kolumbiyadan ABŞ-yə göndərirlər.
Biz Kolumbiya xalqını sevirik, mən onları sevirəm. Möhtəşəm insanlardır, enerjili, ağıllı və çox yaxşıdırlar. Amma onların yeni lideri problem yaratmağı sevən biridir, diqqətli olmalıdır. Bu kokain fabriklərini bağlamalısınız. Üç böyük kokain fabriki var. Onların harada olduğunu bilirik, onları ən qısa müddətdə bağlamağınız daha yaxşı olardı”, Tramp vurğulayıb.