BAKI, 23 dekabr. TELEQRAF

Praktik təlimlər və qoruyucu vasitələrdən istifadə edərək valideynlərin uşaqların rəqəmsal mühitdə istifadəsinə nəzarət etməsinə şərait yaratmaq olar.

Teleqraf xəbər verir ki, bunu İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri Zəhra Pezeşkian “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, texnologiyaların sürətli inkişafı ilə ayaqlaşmaq üçün çağırışlar hələ də gündəmdə qalmaqdadır.

"Uşaq hüquqları konvensiyasına rəqəmsal hüquqlara əsaslanan protokollar əlavə edilə bilər", - o əlavə edib.