Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya yaxın günlərdə Ukraynaya kütləvi hücum edə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, Zelenskinin sözlərinə görə, hücum 25 dekabrda, Katolik Milad günündə baş verə bilər.

Ukrayna prezidenti bildirib ki, İnsanlar bu günlərdə diqqətli olmalıdırlar.

O, hava hücumundan müdafiə sistemlərinin döyüş hazırlığı vəziyyətinə gətiriləcəyini, lakin onların sayının məhdud olduğunu diqqətə çatdırıb.