BAKI, 23 dekabr. TELEQRAF
"Türkiyə-Azərbaycan münasibətləri tarixinin ən önəmli dövrünü yaşayır. Prezidentlərimizin liderliyi ilə əlaqələrimiz ən yüksək səviyyəyə çatıb".
Teleqraf xəbər verir ki, bu fikirləri II Azərbaycan -Türkiyə İnvestisiya Forumda Türkiyənin Ticarət naziri Ömer Bolat deyib.
"Siyasi, diplomatik, iqtisadi, enerji, sənaye, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq zirvə dövrünü yaşayır. Türkiyə-Azərbaycan iqtisadi münasibətləri xüsusilə enerji sahəsində böyük inkişaf yolu keçib. Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri əlaqələrimizə çox böyük töhfə verib. Qarşılıqlı ticarət dövriyyəsinin dəyəri 2016-cı illə müqayisədə 3 dəfədən çox artaraq 8 milyard dollara yüksəlib.
Türkiyə Azərbaycanın ixracında ikinci yerə yüksəlib. Hədəf isə qarşılıqlı ticarətdə birinci sıraya qalxmaqdır", - deyə əlavə edib.