BAKI, 23 dekabr. TELEQRAF
ABŞ Dövlət Departamenti Danimarkaya 230-dan çox "AMRAAM" tipli raketin satışına razılıq verib.
Teleqraf xəbər verir ki, bu barədə məlumat Pentaqonun rəsmi saytında dərc olunub.
Məlumata görə, razılaşdırılan satışın ümumi dəyəri 950 milyon dollar təşkil edir. Bildirilir ki, Danimarka tərəfi 236 ədəd təkmilləşdirilmiş "AMRAAM" raketi, eləcə də "AIM-120-C8" tipli beş ədəd idarəetmə bölməsinin alınması üçün müraciət edib.
Qeyd edək ki, "AMRAAM" raketləri orta mənzilli “hava-hava” sinfinə aid olub, NATO ölkələrinin hərbi hava qüvvələri tərəfindən geniş istifadə olunur.