SUMQAYIT, 23 dekabr. TELEQRAF

"Bizim üçün yaxşı oyun alındı. Qış çempionu olmaq üçün əlimizdə yaxşı fürsət var idi."

Bunu "Sabah"ın futbolçusu Umarali Raxmonaliyev Azərbaycan Premyer Liqasının XVI turunda "Sumqayıt"ı səfərdə 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra Teleqraf-a açıqlamasında deyib.

"Məncə, mövsümün sonunda çempion olacağıq. Amma hər şey Allahın əlindədir. Az danışıb, çox işləmək lazımdır. Arzum Azərbaycan çempionu olmaq və "Sabah"la UEFA Çempionlar Liqasında çıxış etməkdir. Həmçinin burada titul qazanaraq Özbəkistan millisinə çağırılmağı hədəfləyirəm. Yığma komandamla birgə dünya çempionatında iştirak etmək istəyirəm", - deyə Raxmonaliyev bildirib.

Qeyd edək ki, "Sabah" 16 turdan sonra 37 xalla turnir cədvəlinin vahid lideridir.