BAKI, 22 dekabr. TELEQRAF

Hələbin Şeyx Məqsud və Əşrəfiyyə rayonlarında baş verən toqquşmalar nəticəsində 16 mülki şəxs yaralanıb.

Teleqraf xəbər verir ki, Suriya Müvəqqəti Hökumətinə (SİH) sadiq qüvvələr və Daxili Təhlükəsizlik Qüvvələri (DTQ) arasında şiddətli toqquşmalar davam edir. Döyüşlərdə ağır silahlardan istifadə olunur və bu da mülki əhali arasında qorxu yaradır.

Suriya İnsan Haqları Təşkilatı Şeyx Məqsud və Əşrəfiyyə bölgələrinə ağır hərbi texnikaların yeridildiyini bildirib.