
BAKI, 17 fevral. TELEQRAF
Taylandda ağlagəlməz olay baş verib.
Teleqraf “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, fransız turist taksi ilə yanlış istiqamətdə təxminən 1000 kilometr məsafə qət edib.
Məlumata görə, 22 yaşlı Jak adlı turist paytaxt Banqkokdan Surat Thani əyalətindəki Koh Tao kurortuna taksi sifariş edib.
Yorğun turist maşında yuxulayıb və ayılanda ətrafdakı mənzərələrdən son dərəcə narahat olub. O, ətrafda çimərliklər əvəzinə uca dağlar görüb.
Məlum olub ki, turist sifariş verərkən səhv tələffüz edib və bu üzdən taksi sürücüsü onu tamamilə fərqli ünvana aparıb.
Ağlagəlməz anlaşılmazlıq fransalı gəncə 200 dollara və xeyli vaxt itkisinə başa gəlib. Üstəlik, turistin yollandığı ünvana taksinin getməsi də mümkün deyilmiş.
Çünki, kurort bölgəsi adada yerləşdiyindən oraya ancaq gəmi ilə üzmək mümkündür.