BAKI, 16 fevral. TELEQRAF

"ABŞ real səbəblərə görə Avropa İttifaqının Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda iştirak etməsinə inanmır".

Teleqraf xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransında ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

Amerika liderinin xüsusi nümayəndəsi ABŞ-nin danışıqlarda vasitəçi kimi çıxış edəcəyini, Rusiya və Ukraynanın isə iki əsas oyunçu olacağını vurğulayıb: "Mən realizm məktəbinin nümayəndəsiyəm. Aİ-nin danışıqlarda iştirak edəcəyinə inanmıram və bundan narahat olmağa dəyməz. Bu, o demək deyil ki, danışıqlarda Aİ-nin maraqları nəzərə alınmayacaq".