
BAKI, 15 fevral. TELEQRAF
Avropa Ukraynadakı sülh danışıqlarına qatılmalıdır.
Teleqraf xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel Münxen Təhlükəsizlik Konfransında bildirib.
"Avropa Kiyevdəki sülh danışıqlarında iştirak etməlidir. Amma əvvəlcə ümumi bir mövqe müəyyən etməlidir, sonra isə bu mövqeyi Ukrayna və ABŞ ilə əlaqələndirməlidir", - o qeyd edib.