BAKI, 11 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın əmr və göstərişləri NASA ekipajlarının təhlükəsizliyini riskə ata bilər.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Tramp yanvarda hakimiyyətə gəldikdən az sonra NASA müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarını dəyişməyə başlayıb.
"Artıq uçuşa nəzarətdə dispetçerlərin sertifikatlaşdırılması və saxlanılması ilə bağlı çətinliklər var, lakin Trampın qərarları şübhəsiz ki, vəziyyəti daha da pisləşdirəcək"
NASA nümayəndəsi Şeril Uorner vəziyyəti şərh edərək nəşrə bildirib ki, agentliyin təhlükəsizliyi əsas vəzifə olaraq qalır.
"Biz işçi qüvvəmizi və ekipajlarımızın təhlükəsizliyini təmin etmək üçün lazım olanları edirik və Tramp administrasiyasının yeni tapşırıq və göstərişlərini mümkün qədər tez həyata keçirməyə çalışırıq", - deyə o bildirib.