
BAKI, 8 fevral. TELEQRAF
Moldovanın separatçı Dnestryanı bölgəsi enerji böhranından çıxmağa yardım almaq üçün Avropa İttifaqının şərtlərini yerinə yetirməlidir.
Teleqraf xəbər verir ki, bunu Moldovanın Baş naziri Dorin Reçan jurnalistlərlə söhbəti zamanı deyib.
“Bunun üçün Dnesteryanı əvvəllər müzakirə olunan şərtləri yerinə yetirməlidir. Ancaq onlar şərtləri qəbul edib yerinə yetirməsələr, həll yollarını özləri axtarmalı olacaqlar”, - o qeyd edib.
Reçan etiraf edib ki, Dnestryanı elektrik enerjisinin kəsilməsinə və qənaət tədbirlərinə qayıda bilər.
Qeyd edək ki, bu il yanvarın əvvəlində Rusiya qazının Ukrayna ərazisindən tranziti dayandırıldığı üçün bütün Moldovada enerji böhranı yaşanıb. Dnestryanıda mavi yanacaq olmadığı üçün ilk elektrik enerjisində hədsiz yüklənmə baş verib ki, bu da elektrik qurğularını sıradan çıxarıb.