Suriya Ərəb Dövlətləri Liqasına (ƏDL) qayıtmaqı səbirsizliklə gözləyir, çünki ölkənin yeni hakimiyyəti regional siyasətdə iştirak etmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şibani Dəməşqdə ƏDL-in baş katibinin müavini Hossam Zəki ilə görüşündə bildirib.

Hossam Zəki isə deyib ki, ƏDL-ə üzv ölkələr birlikdə Suriyanın iştirakını artırmağa çalışır.

Qeyd edək ki, təşkilat Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 1945-ci ildə martın 25-də yaradılıb.

Hazırda təşkilata 22 dövlət daxildir.