BAKI, 10 sentyabr. TELEQRAF
Azərbaycanda ümumi təhsil pilləsi üzrə hazırlanan dərsliklərə sağlam qidalanma və zoonoz xəstəliklərə dair materiallar daxil olunacaq.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Proqrama əsasən, aidiyyəti materialların hazırlanması və dərsliklərə daxil edilməsi işləri Elm və Təhsil Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi və AMEA-ya həvalə edilib.