BAKI, 23 oktyabr. TELEQRAF
Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Qurban oğlu Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla o, bu mükafata Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə layiq görülüb.
Qeyd edək ki, oktyabrın 26-da Fərhad Xəlilovun 80 yaşı tamam olur.