BAKI, 22 oktyabr. TELEQRAF
Azərbaycanda əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqini həyata keçirən qurumların siyahısında dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət monitorinqini həyata keçirdiyi qurumlar sırasından Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi çıxarılaraq, bu səlahiyyət Sosial Xidmətlər Agentliyinə həvalə olunub.