BAKI, 4 noyabr. TELEQRAF
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran Sultan oğlu İmanov “Şərəf” ordeni ilə təltif edilib.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyük xidmətlərinə görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, sabah Kamran İmanovun 80 yaşı tamam olur.