BAKI, 23 oktyabr. TELEQRAF
İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan mənşəli olmasının müəyyən edilməsi qaydası təsdiqlənib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərar 2026-cı il sentyabrın 1-dən tətbiq edilir və 2036-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac və daxili daşımalara münasibətdə tətbiq olunmaqla 2036-cı il dekabrın 31-dək qüvvədədir.