BAKI, 8 avqust. TELEQRAF

“2008-ci il avqustun 8-də Rusiya ilə müharibənin başlanmasına görə Mixeil Saakaşvilinin qanlı rejimi məsuliyyət daşıyır. O zaman bu ölkənin “Ali Baş Komandan” xain idi”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

“Qəhrəmanlarımız məhz ona görə həlak oldular ki, bizim “Ali Baş Komandan”ımız xain, xarici agent idi və xarici qüvvələrin tapşırıqları əsasında fəaliyyət göstərirdi. Reallıq budur.

Rusiyaya gəlincə, Rusiya Gürcüstan ərazilərinin 20 faizini işğal edib, Saakaşvilinin, onun rejiminin və “Milli Hərəkat”ın xəyanəti heç bir şəkildə bu cinayəti ört-basdır edə bilməz. Bu, dövlətimizə, ölkəmizə, xalqımıza və əsgərlərimizə qarşı törədilmiş cinayət idi. Əlbəttə, işğal cinayətdir. Bir daha təkrar edirəm: Saakaşvilinin və onun rejiminin xəyanəti heç bir halda işğalı ört-basdır edə bilməz. Çünki ərazilərimizin işğalını Rusiya Federasiyası həyata keçirib və bu, artıq baş vermiş faktdır. Əsas məsələ hər iki fakta lazımi qiymət verməyimizdir”, - o bildirib.

Kobaxidxze Gürcüstan ərazisinə hücum əmrini Rusiyanın o zamankı prezidenti Dmitri Medvedev tərəfindən verildiyini qeyd edib:

“Rusiya-Gürcüstan müharibəsi avqustun 8-də başladı. Rusiya qoşunları həmin gün Rusiyanın o vaxtkı prezidentinin müvafiq əmrindən sonra daxil oldu. Avqustun 7-də baş verən isə Saakaşvili rejiminin Sxinvalini (Cənubi Osetiya) bombalaması idi. Ardınca o, münaqişənin məhz Saakaşvilinin qanlı rejimi tərəfindən Sxinvalinin bombalanmasından sonra genişmiqyaslı hərbi əməliyyatlar mərhələsinə keçdiyini göstərən sənədi imzaladı”.