BAKI, 7 avqust. TELEQRAF

Rusiyanın Ermənistan mallarına qoyduğu əngəllər İrəvanda Avrasiya İqtisadi İttifaqına (Aİİ) qarşı mənfi münasibət yaradır.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstanda rusiyalı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, təşkilatın təməl qaydaları işləməsə, qurum böhranla üzləşəcək:

"Ermənistan mallarının satışına yaradılan maneələr təkcə İrəvan üçün deyil, bütövlükdə təşkilat üçün də böyük problemdir. Malların keyfiyyətinin artırılması hər zaman vacibdir. Lakin bu məsələdən istifadə edərək vəziyyətə qəsdən mənfi don geyindirmək düzgün deyil".