BAKI, 7 avqust. TELEQRAF
“Avrasiya İqtisadi Birliyi (AİB) üzv dövlətlərin xarici əlaqələrinə mane olmamalıdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan AİB Hökumətlərarası Şurasının Bişkekdə keçirilən iclasında deyib.
“Ermənistan Avrasiya İqtisadi Birliyi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiq qalır, amma ittifaq məhdudiyyətlər məkanı kimi qiymətləndirilməməlidir. Avrasiya İqtisadi Birliyi üzv dövlətlərin xarici əlaqələrinə mane olmamalıdır. Həmçinin AİB-ə üzv dövlətlərin üçüncü tərəfdaşlarla əməkdaşlığı “sıfır cəmli oyun” kimi qəbul edilməməlidir”, - hökumət başçısı vurğulayıb.