BAKI, 7 avqust. TELEQRAF
Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) təməl prinsiplərinə sadiqdir, lakin qurum daxilində ticarətin sərbəstliyi ilə bağlı bəzi problemlər var.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Qırğızıstanda keçirilən rəsmi toplantıda deyib.
O bildirib ki, Aİİ ölkələri arasında mal və xidmətlərin sərbəst hərəkəti tam təmin olunmur və bu da sahibkarların işinə mane olur.
Paşinyan həmçinin Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendum keçirilməsi məsələsinə də toxunub:
"Biz hazırda gündəmdə olmayan bir məsələyə görə səsvermə keçirə bilmərik. Ermənistanın Avropa İttifaqı ilə hazırkı əlaqələri Aİİ qarşısındakı öhdəliklərimizə heç bir maneə yaratmır".