BAKI, 6 avqust. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin rəhbərlərini yenidən təyin edən fərmanlar imzalayıb.

Teleqraf xəbər verir ki, müvafiq sənədin mətni hökumətin saytında dərc olunub.

Sənəddə deyilir: “Andranik Simonyan Milli Təhlükəsizlik Xidmətinin, Kristine Qriqoryan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsinə yenidən təyin edilsin”.