BAKI, 6 avqust. TELEQRAF
Moskva və İrəvan Qafanda Rusiyanın Baş Konsulluğunun və Vladiqafqazda Ermənistan konsulluğunun açılmasını müzakirə edir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Baqir Mamıyev məlumat verib.
“Bu günə olan vəziyyətə görə, Vladiqafqazda Ermənistan konsulluğunun, eləcə də Qafanda Rusiya Baş Konsulluğunun açılması məsələləri ikitərəfli gündəlikdən çıxarılmayıb. Amma konkret vaxt çərçivəsi barədə danışmaq hələ tezdir”, - o bildirib.