BAKI, 31 iyul. TELEQRAF

Məhkəmə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın Baş nazir Nikol Paşinyana qarşı şərəf və ləyaqətini ləkələyən məlumatların təkzib edilməsi və təzminat ödənilməsi tələbləri ilə bağlı iddiasını rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edək ki, 2025-ci il iyunun 5-də Ermənistan hökumətinin iclasında Nikol Paşinyan Robert Köçəryanı “rüşvətxor” adlandırmışdı. Sabiq prezident bundan sonra Baş nazirdən məhkəməyə şikayət etmişdi.