BAKI, 30 iyul. TELEQRAF

Rusiya İrəvandan ya ancaq onunla tərəfdaş olmağı, ya da əlaqələri tam kəsməyi tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

Nikol Paşinyanın sözlərinə görə, Ermənistanın isə yolu fərqlidir:

"Ermənistan yalnız bir mərkəzdən asılı vəziyyətdə qalmaq istəmir, həm siyasi, həm də iqtisadi müstəvidə yeni tərəfdaşlar və alternativ yollar axtarışındadır. İrəvan artıq Çin, Fransa, ABŞ, Böyük Britaniya, Niderland və digər dövlətlərlə mühüm sazişlər imzalayıb. Əvvəllər Ermənistanın bu qədər müxtəlif dövlətlərlə belə sıx əməkdaşlığı mövcud deyildi və yaranması da qeyri-mümkün idi. Rusiya ilə aralarında yaranan əsas problemin kökündə də məhz bu amil dayanır".