BAKI, 30 iyul. TELEQRAF
Ermənistan Baş nazir Administrasiyasının rəhbəri Araik Arutyunyan hökumət üzvləri ilə vidalaşıb.
Teleqraf xəbər verir ki, bu, Ermənistan hökumətinin hazırkı tərkibdəki son iclasında baş verib.
Qeyd edək ki, Ermənistan hökuməti avqustun 2-də istefaya gedəcək. Bundan sonra iyunun 7-də keçirilən parlament seçkilərində qalib gələn hakim “Vətəndaş Müqaviləsi” Partiyasının baş nazirliyə namizədi Nikol Paşinyan Prezident Vaaqn Xaçaturyan tərəfindən yenidən Baş nazir təyin olunacaq və o, yeni hökuməti quracaq.
Ermənistanın yeni Baş nazir Administrasiyasının rəhbəri isə baş nazirin müşaviri Lilit Makunts təyin ediləcək,