BAKI, 20 aprel. TELEQRAF
Ermənistan Türkiyə ilə sərhədi açmağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Türkiyə mətbuatına açıqlamasında rəsmi İrəvanın sərhədlərin açılmasına həm siyasi, həm də texniki cəhətdən tam hazır olduğunu vurğulayıb.
Bu məqsədlə bütün zəruri infrastrukturun qurulduğunu bildirən nazir müavini yekun qərarın rəsmi Ankara tərəfindən verilməli olduğunu qeyd edib:
"Hazırda dialoq liderlər səviyyəsində, eləcə də müxtəlif nazirliklər arasında davam edir. Bu isə tərəflər arasındakı təmasların daha geniş miqyaslı əməkdaşlıq formatına keçdiyini göstərir".