BAKI, 24 fevral. TELEQRAF

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Böyük Britaniyanın ölkəsinin iki televiziya kanalına sanksiya tətbiq etməsini dəstəkləyib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

“Rusiyanın (əslində Gürcüstanın – red.) “İmedi” və “Post” telekanallarına açıq sanksiya qoymaq əla xəbərdir. Amma şərin əsas mənbəyinə niyə sanksiya qoymurlar, anlamıram?”, - Saakaşvili bildirib.

Xatırladaq ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi sanksiyaların sözügedən Gürcüstan telekanallarının Rusiya-Ukrayna müharibəsi ilə bağlı qəsdən yanlış, Moskvanın xeyrinə məlumat yaydıqlarına görə tətbiq olunduğunu açıqlamışdı.