BAKI, 24 fevral. TELEQRAF

Böyük Britaniya Gürcüstanın “İmedi” və POSTV telekanallarını sanksiya siyahılarına əlavə edib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sözügedən telekanalların Rusiya-Ukrayna müharibəsi ilə bağlı qəsdən yanlış məlumat yaydıqları bildirilib.