BAKI, 4 fevral. TELEQRAF

“Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev hazırda Əbu-Dabidə sülh mükafatı alır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan sosial media səhifəsində yazıb.

“Sülhdən daha ləyaqətli bir şey yoxdur. Sülhə sahib çıxmalıyıq”, - o qeyd edib.