BAKI, 2 fevral. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan fevralın 4-də Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na görə Əbu-Dabiyə şəhərinə (BƏƏ) gedəcək.

Teleqraf xəbər verir ki, bu barədə baş nazirin sözçüsü Nazeli Baqdasaryan bildirib.

Rəsmi deyib ki, Nikol Paşinyan mükafatlandırma mərasimində iştirak edəcək.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev də mərasimə qatılacaq. Dövlət başçısı hazırda BƏƏ-də səfərdədir.