BAKI, 23 yanvar. TELEQRAF
Rusiya tərəfinin təşəbbüsü ilə Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Telefon danışığında Alen Simonyanın 5-6 fevral tarixlərində Rusiyaya rəsmi səfərinin təfərrüatları müzakirə olunub.
Ermənistan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlı digər məsələlərə də toxunulub.