BAKI, 8 yanvar. TELEQRAF

“Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariya Gürcüstanda həbs edilsə də, Almaniyada gizlənir. Bilmirəm, Almaniya hüquqi prosedurlara əməl edir, ya yox, amma mən hesab edirəm ki, Qaxariya Gürcüstana qaytarılmalıdır”.

Teleqraf xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

“Barəsində axtarış elan edilmiş Qaxariyanın Berlində gizlənməsi, hətta Almaniyanın müxtəlif mənbələri tərəfindən maliyyələşdirilməsi faktı sual və şübhələr yaradır”, - spiker bildirib.

Qeyd edək ki, Gürcüstan Baş Prokurorluğu Giorgi Qaxariya barəsində cinayət işi açıb. İttihamlara əsasən, hökumətin sabiq rəhbərini 13 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Keçən ilin noyabrında Tbilisi Məhkəməsi Giorgi Qaxariyanın qiyabi həbs edilməsi barədə qərar vermişdi.