BAKI, 7 yanvar. TELEQRAF
“Bu gün artıq Avropa İttifaqını qlobal güc kimi mövcud deyil”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Avropa İttifaqı artıq qlobal güc kimi mövcud deyil. Ona son qoyan seçilməmiş Brüssel bürokratiyasıdır”, - spiker vurğulayıb.
Nümunə kimi o, Rusiya-Ukrayna müharibəsini göstərib. Papuaşvilinin sözlərinə görə, bu mövzu Brüssel üçün çox vacib elan edilsə də, Ukrayna məsələsi ilə bağlı heç kim onunla danışmaq istəmir.
“Avropa İttifaqında deyirlər ki, Ukraynadakı müharibə onların təhlükəsizliyi üçün həlledici əhəmiyyət daşıyır, amma heç kim onları danışıqlar masasına dəvət etmir. Brüssel və onun seçilməmiş bürokratlarının məsuliyyətsiz, anti-Avropa siyasəti ona gətirib çıxarıb ki, indi harasa, hansısa danışıqlara qoşulmaq üçün yalvarırlar”, - parlamentin sədri qeyd edib.