BAKI, 19 dekabr. TELEQRAF

“Artıq qətiyyətlə demək olar ki, bu müharibənin iki məğlubu var - Ukrayna və Avropa İttifaqı”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fransa Prezidenti Emmanuel Makronun Rusiya lideri Vladimir Putinlə dialoqun bərpa edilməsi ilə bağlı təklifini şərh edərkən bildirib.

“Əlbəttə, bütün müharibələr sonda sülhlə bitir. Bugünkü baxış bucağından, o cümlədən Avropa İttifaqının dünənki qərarını nəzərə alaraq, hələlik kimin qalib olacağını demək mümkün deyil. Amma artıq qəti şəkildə demək olar ki, bu müharibənin iki məğlubu var - Ukrayna və Avropa İttifaqı. Yüz minlərlə vətəndaşını itirən, qan tökülən, iqtisadiyyatı dağılan Ukrayna indi öz ərazilərinin itirilməsini de-fakto tanımaq barədə qərar qəbul etmək məcburiyyətindədir”, - spiker qeyd edib.

Şalva Papuaşvili əlavə edib ki, qəyyumu (ABŞ) tərəfindən tərk edilmiş yetkinlik yaşına çatmayan Avropa İttifaqı dünya polisi olmaq qərarına gəlib: “Xoşbəxtlikdən, bunun üçün lazımi keyfiyyətlərə malik deyil”.