BAKI, 12 dekabr. TELEQRAF
“Sülhsevər siyasət istiqamətini rəhbər tuturuq və Cənubi Qafqazda neytral və etibarlı dialoq məkanı təklif etməklə regional sabitliyə töhfə verməyə çalışırıq”.
Teleqarf xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkmənistanda keçirilən beynəlxalq konfransda deyib.
Baş nazir bildirib ki, Gürcüstan gərginliyin azaldılması və qonşular arasında ünsiyyət kanallarının yaradılmasına yönəlmiş müzakirələrə başlayıb.
“Müzakirələrə başladıq və onları asanlaşdırdıq, bununla da daha sabit və əməkdaşlıq edən regional mühitin təşviqinə sadiq olduğumuzu təsdiqlədik. İnanırıq ki, davamlı gələcək həm dialoq, həm də fəaliyyət tələb edir və ortaq məqsədlərimiz birgə səylərə əsaslanır. Birlikdə gələcək nəsillər üçün daha təhlükəsiz, sabit və davamlı bir gələcək yarada bilərik”, - İrakli Kobaxidze qeyd edib.
bool(false)