BAKI, 4 dekabr. TELEQRAF

“Avropa İttifaqı Gürcüstanda zorakılığın dəstəklənməsindən imtina etməli və insan hüquqları və qanunun aliliyinə hörmət kimi, əsas Avropa dəyərlərinə qayıtmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

“Bu gün dekabrın 4-dür. Brüssel iki aydır oktyabrın 4-də ekstremist qruplar tərəfindən Gürcüstan Prezidentinin Sarayına edilən zorakı hücumu pisləməkdən və bu qruplardan uzaqlaşmaqdan imtina edir. Zorakılığın qınanılmaması ekstremizmi, ekstremizmin qınanılmaması isə terrorizmi təşviq edir. Bu səbəb-nəticə əlaqəsini artıq Gürcüstanda görmüşük. Brüssel zorakılığın dəstəklənməsindən imtina etməli və insan hüquqları ilə qanunun aliliyinə hörmət kimi əsas Avropa dəyərlərinə qayıtmalıdır”, - spiker bildirib.