BAKI, 1 dekabr. TELEQRAF

“Ukraynada müharibə başlayanda ABŞ-nin Gürcüstandakı o zamankı səfiri bizdən müharibə girməyimizi tələb edirdi”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

“2022-ci il fevralın 28-də, Ukraynada müharibənin başlamasından dörd gün sonra ABŞ-nin o zamankı səfirinin mənimlə görüşdə tələbkar, qətiyyətli tonda nəyi istədiyini dəfələrlə izah etmişəm. ABŞ səfirinin tələblərinə boyun əyməyin Gürcüstanın müharibəyə qurban verilməsi demək olduğunu mən təkcə açıq şəkildə deyil, həm də birbaşa keçmiş dövlət katibinin köməkçisi Ceyms Obrayenə o, ötən il Gürcüstanda səfərdə olanda söyləmişəm. Hansısa inandırıcı izah təhlükəsizlik təminatları vermədən Gürcüstanın Rusiya ilə hərbi qarşıdurma riskinə getməsini nə həmin görüşdə, nə də başqa vaxtlarda eşitdim. Eyni sözlər NATO çətiri altında özünü rahat hiss edən bir çox avropalı siyasətçiyə də aiddir”, - spiker bildirib.

Papuaşvili qeyd edib ki, Gürcüstandakı müharibədən sonra Tbilisiyə Rusiyaya qarşı “strateji səbr” siyasətini diktə edənlər Ukraynada müharibə başlayan kimi Rusiyayla maksimum eskalasiya tələb ediblər:

“Belə eskalasiyanın son nöqtəsinin müharibə olduğunu isə yaxın keçmişimiz bizə dəfələrlə göstərib. Rusiyayla eskalasiya tələb edən və eskalasiyanın sonunun müharibə olduğunu görməzdən gələn əcnəbilər ya özləri sadəlövh idilər, ya da elə bilirdilər ki, biz sadəlövhük. Elə bilirdilər ki, onlara inanacağıq”.