BAKI, 22 noyabr. TELEQRAF

“Brüsseldə yaxşı bilirlər ki, arqumentləri zəifdir, Gürcüstanın əleyhinə arqumentləri yoxdur. Bu, zəif olanın müzakirədən qaçmasıdır”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Brifinqdə jurnalistin Avropa İttifaqının niyə Gürcüstan hökumətinin arqumentlərini dinləmək istəmədiyi sualına spiker belə cavab verib:

“Bilirlər ki, Brüsseldə bu qədər həssaslıqla topladıqları dezinformasiya və saxta narrativlər həqiqətlə üzləşən kimi dərhal dağılacaq. Bilirlər ki, arqument baxımından zəifdirlər. Bilirlər ki, həqiqətin qarşısına heç nə qoya bilməzlər. Bu, zəifin müzakirədən qaçmasıdır. Onu da bilirlər ki, Gürcüstanın əleyhinə ortaya qoyacaqları hansısa arqumentləri yoxdur”.