BAKI, 20 noyabr. TELEQRAF
Gürcüstana rəsmi səfəri çərçivəsində Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ilə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili arasında görüş keçirilib.
Teleqraf xəbər verir ki, görüş zamanı tərəflər siyasi, iqtisadi, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
İkitərəfli münasibətlərin daha da dərinləşməsində parlamentlərarası əlaqələrin rolu vurğulanıb, regionda sabitlik, inkişaf və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verəcək birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyi bildirilib.
Prezident Xaçaturyan bölgədə nəqliyyat yollarının açılması məsələsinə toxunaraq, bunun Cənubi Qafqazda uzunmüddətli sülh və iqtisadi inteqrasiya üçün strateji əhəmiyyətinə diqqət çəkib.
Ermənistan lideri hesab edir ki, bu, bütün regionda davamlı iqtisadi artım üçün yeni imkanlar yarada bilər.