BAKI, 18 noyabr. TELEQRAF

“Qarabağın işğaldan azad edilməsi ilə Cənubi Qafqaz yeni mərhələyə qədəm qoyub”.

Teleqraf xəbər verir ki, bunu İstanbulda ATƏT Parlament Assambleyasının (ATƏT PA) 23-cü payız plenar sessiyasında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.

“Ermənistan və Azərbaycan arasındakı münaqişə 30 il boyunca Qafqazda sabitliyin pozulmasının mənbəyi olub, amma Qarabağın işğaldan azad edilməsi ilə region yeni mərhələyə qədəm qoyub. ATƏT-in əsas missiyasında nəzərdə tutduğu kimi, Azərbaycan və Ermənistan problemləri danışıqlar yolu ilə həll etməyə başlayıb. Ümid edirəm ki, iki ölkə arasında uzunmüddətli razılıq əldə olunarsa, Qafqaz və bölgəmizdə sülh mühiti bərpa olunacaq”, - o bildirib.