BAKI, 12 noyabr. TELEQRAF

“Tbilisi-Brüssel münasibətlərindəki bütün çətinlikləri Avropa İttifaqı bütün Avropa dəyərlərinə qayıtdığı zaman aradan qalxacaq”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə bildirib.

“Bu gün problem ondadır ki, Brüssel Gürcüstanla münasibətlərində ümumavropa dəyərlərindən əl çəkib və himayəçi yanaşma və direktivlərlə bizə yol göstərməyə çalışır. Bu, gürcü xalqına imkan vermir ki, hansı qanunları qəbul edib, hansı hökumətin qurulmasını özü müəyyən etsin. Brüssel Avropa dəyərlərinə qayıdandan sonra Gürcüstan-Avropa münasibətlərindəki bütün çətinliklər öz həllini tapacaq”, - spiker qeyd edib.