BAKI, 21 oktyabr. TELEQRAF

Moskvada məşhur rusiyalı rejissor və operator Sergey Politik öldürülüb.

Teleqraf xəbər verir ki, o, küçədə bıçaqlanıb.

Hadisə oktyabrın 18-də baş verib. 56 yaşlı rejissor həmin gün axşam saatlarında İvanovskoye rayonu Stalevarov küçəsindəki yaşayış binasının həyətinə siqaret çəkməyə düşüb. Həmin vaxt yoldan keçən bir şəxslə mübahisə edib və o, Sergeyə hücum edərək, onu bıçaqlayıb. Rusiyalı aparıldığı xəstəxanada vəfat edib.

Qatilin Ermənistan vətəndaşı, 33 yaşlı Armen S. olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb. Hazırda onun yaxalanması istiqamətində araşdırma aparılır.