BAKI, 17 oktyabr. TELEQRAF
“Avropa Komissiyasının mətbuat katibi Gürcüstanda hakimiyyət çevrilişi cəhdinə açıq dəstək ifadə edib”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Baş nazirin sözlərinə görə, Avropa İttifaqının bürokratiyası bu ağır vəziyyətdən çıxış yolu tapmalıdır.
“Avropa Komissiyasının mətbuat katibi hakimiyyətin devrilməsi cəhdinə açıq dəstək ifadə edib. Bundan sonra onlar daha çox məsuliyyət daşımalı və etiraz aksiyasının iştirakçılarının həyata keçirdiyi real hərəkəti, yəni prezident sarayına hücum cəhdini qınamalı idilər. Amma buna baxmayaraq, susurlar, bu isə Avropa bürokratiyasındakı mövcud ağır vəziyyəti göstərir. Əsas olan odur ki, cəmiyyət bu vəziyyəti düzgün qiymətləndirir. Avropa bürokratiyasının bu vəziyyəti dəyişməsi vacibdir, bundan bir şəkildə çıxmalıdır”, - İrakli Kobaxidze qeyd edib.