BAKI, 14 oktyabr. TELEQRAF
“Avropa bürokratiyası fəlakətə doğru hərəkət edir və Avropanın inkişafını fəlakətə aparmağa çalışır, bu, böyük bir faciədir və biz bu kimi hadisələrə radikal şəkildə qarşı çıxmalıyıq”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Kobaxidze qeyd edib ki, yetkinlik yaşına çatmayan uşaqlar tərəfindən cinsiyyətin dəyişdirilməsi məsələsinə qiymət vermək çətindir.
“Bilmirəm, bunu necə qiymətləndirim. Görürsünüz, Avropa bürokratiyası necə fəlakətə doğru hərəkət edir, Avropanın inkişafını necə fəlakətə aparmağa çalışır. Bu, böyük bir faciədir və biz bu kimi hadisələrə radikal şəkildə qarşı çıxmalıyıq. Avropa bürokratiyasının bizə münasibəti necə olur-olsun, heç bir halda belə proseslərin ölkəmizdə baş verməsinə yol verməməliyik”, - baş nazir bildirib.