BAKI, 9 oktyabr. TELEQRAF
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mamuka Mdinaraadzenin açıqlamaları Gürcüstan səfirinin ABŞ Dövlət Departamentinə çağırılmasına səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Tbilisidəki səfirliyi məlumat yayıb.
Səfirliyin bəyanatında qeyd olunur:
“Gürcüstan hökumətinin yüksək vəzifəli nümayəndələrinin məsuliyyətsiz şəkildə KİV-lərin saxta materiallarını dəstəkləmələrindən narahatıq. Bunun nəticəsində isə ictimai təqib və qorxutma kampaniyası başlanıb ki, bu da tamamilə etibarsız məlumatlara əsaslanır”.
Mamuka Mdinaradze oktyabrın 1-də bəyan etmişdi ki, Gürcüstanda kənardan maliyyələşən bəzi şəxslər böyük dövlətlərdən birinin (ABŞ-ni nəzərdə tutur – red.) səfirliyi tərəfindən anti-Çin yönümlü məqsədlər üçün dəstəklənirlər.