TBİLİSİ, 30 sentyabr. TELEQRAF
Çexiya hökuməti Gürcüstana qarşı tətbiq etdiyi sanksiyanı genişləndirib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, qərarla Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidzenin Çexiyaya girişinə qadağa qoyulub.
Eyni qadağa daha dörd nəfərə - hakimlər Koba Çaqunava, Nino Qalustaşvili və Mixeil Qincoliya, dövlət prokuroru Laşa Kotrikadzeyə də şamil edilib.
Gürcüstanın yüksək vəzifəli məmurlarına Çexiya təşkilatları vasitəsilə maliyyə əməliyyatları həyata keçirmək də qadağan edilib.
Xatırladaq ki, bu yaxınlarda Çexiyanın Xarici İşlər Nazirliyi Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi ləğv edib.